Şimal regionunda yanğınlar zamanı fəaliyyətin təkmilləşdirilməsinə dair təlim keçirilib - FOTO

Şimal regionunda yanğınlar zamanı fəaliyyətin təkmilləşdirilməsinə dair təlim keçirilib - FOTO
# 02 sentyabr 2021 14:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal regionunda fəaliyyət göstərən qurumlarının əməkdaşlarının iştirakı ilə birgə təlim keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd meşə və meşəətrafı ərazilərdə baş verə biləcək yanğınların operativ söndürülməsi ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsi olub.

FHN Baş Əməliyyat idarəsi və ETSN Xüsusi şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən təlimin nəzəri hissəsində tədbir iştirakçılarına meşə və meşəətrafı ərazilərdə baş verə biləcək yanğın hadisəsi zamanı əməliyyat şəraitinin düzgün qiymətləndirilməsi, qüvvə və vasitələrin əraziyə vaxtında cəlb edilməsi, fəaliyyətin koordinasiyası, yanğınla birgə mübarizə üsullarının effektiv təşkili və yanğınların başvermə səbəblərinin araşdırılması barədə təlimatlar verilib.

Təlimin praktiki hissəsində şərti yanğın ocağının məhdudlaşdırılması, söndürülməsi və digər yanğından mühafizə tədbirləri praktik olaraq həyata keçirilib.

Sonda təlimin nəticələri müzakirə olunub, mövzuya dair suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR