Şirvanda daşınmaz əmlak alqı-satqısı adı ilə dələduzluq edən şəxs saxlanılıb

Rövşən İmanov

© APA | Rövşən İmanov

# 14 oktyabr 2021 10:54 (UTC +04:00)

Şirvanda vətəndaşları aldadaraq daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə vətəndaşların pullarını ələ keçirən Şirvan şəhər sakini, 44 yaşlı Rövşən İmanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, ev alqı-satqısı ilə məşğul olan adı çəkilən şəxs müxtəlif vaxtlarda Şirvan şəhər sakini olan 6 nəfər şəxsə mənzil satacağı adı ilə yalan vədlər verərək onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları Rövşən İmanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nin (+994 2121) 5-14-50 şəhər və (+994 51) 425-28-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR