Slovakiya pandemiya dövründə ictimai məkanlara girişə dair tələbləri sərtləşdirib

Slovakiya Milli Şurası (parlamenti)

© APA | Slovakiya Milli Şurası (parlamenti)

# 25 iyul 2021 15:00 (UTC +04:00)

Slovakiya Milli Şurası ölkədə yeni növ koronavirusla (COVİD-19) əlaqədar epidemioloji vəziyyətin pisləşəcəyi halda qüvvəyə minəcək qanun qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Slovakiya Televiziyası məlumat yayıb.

Parlamentin iclasında 150 deputatdan 133-ü iştirak edib və onlardan 77-i qanunun qəbuluna səs verib.

Qanuna əsasən, ictimai məkana gələnlərdən mənfi koronavirus testi, xəstəliyi keçirdiyini təsdiq edən sənəd, yaxud da koronavirusa qarşı peyvənd vurdurduğunu təsdiqləyən sertifikat tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR