SN-in mütəxəssisi: "Azərbaycanda ölümlərin yarısından çoxu ürək-damar xəstəliklərindən baş verir"

SN-in mütəxəssisi: "Azərbaycanda ölümlərin yarısından çoxu ürək-damar xəstəliklərindən baş verir"
# 29 sentyabr 2021 15:15 (UTC +04:00)

“Azərbaycanda da digər ölkələrdəki kimi ürək-damar xəstəlikləri ölüm səbəblərinin əsasını təşkil edir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev "Ümumdünya Ürək Günü " mövzusunda çıxışında deyib.

O bildirib ki, ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir: “2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır. Daha sonra onkoloji xəstəliklərin önə keçəcəyi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR