SN: Koronavirusa yoluxmuş kişilərdə uroloji, cinsiyyət orqanlarının fəaliyyəti pozulur

Rauf Nağıyev

© APA | Rauf Nağıyev

# 12 noyabr 2021 15:24 (UTC +04:00)

“ÜST-ün məlumatlarına görə, COVID-19 böyrəklərdə də digər orqanlarda olduğu kimi müəyyən dəyişiklərə gətirib çıxarır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev "Böyrək daşı xəstəlikləri" mövzusunda çıxışında deyib.

O bildirib ki, bəzi ölkələrdə koronavirusa yoluxanların 15-20 faizində böyrəklərin funksiyasının pozuntusu hallarına rast gəlinib: “Kişilərdə koronavirusa yoluxmadan sonra müxtəlif cinsi fəaliyyət pozuntuları ilə bağlı şikayətlər olur. Müşahidələrimə əsasən, koronavirusa yoluxmuş kişilərdə uroloji, cinsiyyət orqanlarının fəaliyyətinin pozulması halları da çox olur. Bunun səbəbi həkimlərə belə bəlli deyil. Çalışırıq simptomatik müalicəni aparaq. Həmin xəstələri nəzarətdə saxlayırıq ki, gələcək nəticələri bilək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR