SN: Koronavirusun ağırlaşmaları ana ölümü, erkən doğum ehtimalını artırır

SN: Koronavirusun ağırlaşmaları ana ölümü, erkən doğum ehtimalını artırır
# 23 noyabr 2021 13:00 (UTC +04:00)

“Hamilələrin eyni yaş hamilə olmayan qadınlara nəzərən COVID-19 xəstəliyini daha ağır keçirdiyi elmi tədqiqatlarla təsdiq olunub. Xüsusilə də yanaşı xəstəliyi - şəkərli diabet, artıq çəki, gecikmiş hamiləlik, bronxial astması olanlar xəstəliyi daha ağır keçirirlər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib. O bildirib ki, hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalar səbəbiylə ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl su gəlişi, vaxtından əvvəl doğum ehtimalı artır: “Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda qalıcı və kəskin ağırlaşma ehtimalı da artmış olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR