SN: Şəkərli diabeti, endokrin xəstəlikləri olanlar ilk növbədə vaksin vurdurmalıdır

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 10 iyun 2021 15:28 (UTC +04:00)

“Şəkərli diabeti, endokrin xəstəlikləri olanlar ilk növbədə vaksin vurdurmalıdır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib. O bildirib ki, həmin şəxslər risk qrupudur: "Onlara vaksinasiya olunmağı tövsiyə edirəm".

O bildirib ki, epilepsiya xəstələrinə remissiya dövründə vaksinin heç bir əks göstərişi yoxdur: "Kəskin xəstəliyi olmayanlara vaksin əks göstəriş deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR