SN: Suda boğulmalar daha çox qeyri-qanuni fəaliyyət göstərən çimərliklərdə olur

SN: Suda boğulmalar daha çox qeyri-qanuni fəaliyyət göstərən çimərliklərdə olur
# 16 iyun 2021 15:18 (UTC +04:00)

“Qanuni təşkil olunmuş çimərlik ərazisinda FHN-nin xilasediciləri, tibb işçiləri və digər əməkdaşlar olur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov " Çimərliklər" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, FHN-in tabeliyində göstərən xilasedici məntəqələrin sayı 24-ə qədərdir: “Bunlar qanuni çimərliklərdə təşkil olunub. Boğulmalar qeyri-qanuni fəaliyyət göstərən ərazilərdə olur. Buralarda xilasedici məntəqələr və tibb işçiləri olmur. Vətəndaşların səmərəli istirahət etməsi üçün şərait yaradılan yerlərə getmələri məqsədəuyğun sayılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR