Son 4 ildə əlilliyi olanlara sosial ödənişlər 65 faiz artıb

Son 4 ildə əlilliyi olanlara sosial ödənişlər 65 faiz artıb
# 07 dekabr 2021 12:15 (UTC +04:00)

Əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65% və ya 736 mln. manat artıb.

İllik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44%, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR