Son 6 ayda DSMF tərəfindən sosial sığorta ödənişləri edilən şəxslərin sayı açıqlanıb

Son 6 ayda DSMF tərəfindən sosial sığorta ödənişləri edilən şəxslərin sayı açıqlanıb
# 29 iyul 2021 12:11 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarısında ümumilikdə 153 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib.

Nazirlikdən APA-ya bildirilib ki, onlardan 51 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 9 270-nə hamiləlik və doğuşa görə bu ödənişlər edilib. Həmçinin 33 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 095 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosial müavinət ödənilib. 1 119 şəxs üzrə isə dəfn xərci olaraq birdəfəlik müavinət verilib.

Qeyd olunan ödənişlər üçün ümumilikdə 42,5 milyon manata yaxın vəsait ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR