Son 6 ildə orta məktəb məzunlarının sayı 35 faiz azalıb

Son 6 ildə orta məktəb məzunlarının sayı 35 faiz azalıb
# 23 iyun 2021 15:00 (UTC +04:00)

Son on altı ildə (2014-2020) məzunların sayı 35.14% azalıb.

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib. Qeyd edilib ki, bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2019-cu illə müqayisədə məzunların sayı 189 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, 2020-ci ili nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb. Ötən il isə sənəd verənlərin tərkibində həmin ilin məzunlarının payı 2019-cu ilə nisbətən təxminən 7% azalsa da, məzunların mütləq sayı artıb.

Belə ki, ötənilki məzunlar 2020-ci ildə sənəd verənlərin 80.52%-ni (65473 nəfər) təşkil edib, lakin 2019-cu illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4217 nəfər artıb. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır. Nəticədə, ərizə verən abituriyentlərin içərisində həmin il məzunlarının payı 2019-cu illə müqayisədə azalıb. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83, 2018-ci ildə 77.86% və 2019-cu ildə 87.54% olub.

Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı, əsasən, getdikcə azalıb, cari illərin məzunlarının payı isə artıb. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR