Subbakalavrların 78.68%-i 100-dən az bal toplayaraq minimal tələbi ödəyə bilməyib

Subbakalavrların 78.68%-i 100-dən az bal toplayaraq minimal tələbi ödəyə bilməyib
# 23 iyun 2021 16:20 (UTC +04:00)

Ötən il ali məktəblərə qəbul imtahanının I mərhələsində iştirak edən 1185 subbakalavrın topladığı balların riyazi gözləməsi 87.66-ya bərabər olub və onların yarısı 82.90 baldan az bal toplayıb.

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Qeyd edilib ki, V ixtisas qrupuna müsabiqənin imtahanın I mərhələsinin nəticələri əsasında aparıldığını və bu mərhələdə ən azı 60 bal toplayanların müsabiqəyə buraxıldığını (Xoreoqrafiya sənəti istiqaməti üzrə ən azı 30 bal toplayanlar müsabiqəyə buraxılıb) nəzərə alsaq, imtahanda iştirak edən subbakalavrların 23.54%-i (279 nəfər) müsabiqə şərtini ödəməyib:

“Göründüyü kimi, subbakalavrların yarısı mümkün olan 400 baldan heç 42-sini toplaya bilməyib və riyazi gözləmə 59.95-ə bərabər olmuşdur. I-IV ixtisas qruplarına aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün qoyulan minimal tələbi (imtahanın II mərhələsində ən azı 100 bal toplayanlar müsabiqəyə buraxılıblar) bu mərhələdə abituriyent kimi iştirak edən subbakalavrların cəmi 21.32%-i (123 nəfər) ödəmiş, qalan 78.68%-i isə 100-dən az bal toplayaraq minimal tələbi ödəyə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR