Sumqayıt əhalisinin sayı açıqlanıb - VİDEO

Sumqayıt

© APA | Sumqayıt

# 29 noyabr 2021 13:40 (UTC +04:00)

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 2021-ci ilin oktyabrın 1-nə Sumqayıt şəhər əhalisi 347 min nəfər olub.

Bu göstəricilərə əsasən, Sumqayıt şəhərində 309,7 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 800 nəfər və ya 0,2 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR