Sumqayıtda 30-a yaxın ağac kəsilib - VİDEO

Sumqayıtda 30-a yaxın ağac kəsilib

© APA | Sumqayıtda 30-a yaxın ağac kəsilib

# 26 may 2021 18:21 (UTC +04:00)

Sumqayıtda 30-a yaxın ağac kəsilib.

APA-nın yerli bürosunun məlumatəna görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, ərazidə ağacları Sumqayıt Yaşıllaşdırma İdarəsinin əməkdaşları kəsib.

Kəsilmiş ağacların əksəriyyəti mövsümü alergik xəstəlik yaradan “Turanqa” ağacları olub. Ağacların hansı səbəbdə kəsildiyini öyrənmək istəsək də, Yaşıllaşdırma İdarəsindən mövqe öyrənə bilmədik.

Məsələ ilə bağlı 4 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən APA-ya bildirilib ki, ağacların kəsilməsinə onlar ilkin olaraq rəy verməyiblər: "Məlumat daxil olan kimi dərhal hadisə yerinə baxış keçirilib və buna görə akt tərtib olunub. Araşdırma zamanı məlum olub ki, Yaşıllaşdırma İdarəsi ağacları şəhərdə abadlıq işlərinin aparılması üçün kəsib. Kəsilmiş ağacların yerinə isə yeni ağaclar əkilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR