Sumqayıtda karantin qaydalarını pozan şəxslər cərimələnib - FOTO - VİDEO

Sumqayıtda reyd

© APA | Sumqayıtda reyd

# 05 iyul 2021 14:46 (UTC +04:00)

Sumqayıtda karantin qaydalarını pozan 35 şəhər sakini cərimələnib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları reyd keçirib.

Reyd zamanı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücüləri müəyyən ediblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, sürücülərə xəbərdarlıq edilib.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Reyd zamanı 35 vətəndaş barəsində inzibati protokol tərtib olunub. Bu protokollardan 20-si ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər, 15-i isə taksi sürücüləri və sərnişinləri barəsində olub.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə profilaktik söhbətlər aparılaraq, onlara pandemiya ilə mübarizənin vacibliyi izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR