Sumqayıtda şəhidlərimizin adını daşıyan xatirə bulağının açılışı olub - FOTO - VİDEO

Sumqayıtda şəhidlərimizin adını daşıyan xatirə bulağının açılışı olub - FOTO  - VİDEO
# 28 may 2021 23:29 (UTC +04:00)

Bu gün Sumqayıtda 44 günlük Vətən müharibəsinin şəhidi Elvin İsmayılovun və Birinci Qarabağ müharibəsində şəhid olan Ruslan Yarmetovun adını daşıyan xatirə bulağının açılışı olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 10-cu mikrorayonunda keçirilən açılış mərasimində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub.

Bulağın açılışında onların göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Bildirilib ki, Elvin İsmayılov valideynlərinin yeganə oğul övladı olub. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbi oxuyub, 5 nəfərlik ailənin ilk övladı olan Elvin özündən balaca iki bacısına tək qardaş yox, həm də dayaq idi. O, hərbi xidmətini Beyləqanda keçir. Müharibə başlayan kimi də döyüşə gedir. Tez-tez ailəsi ilə əlaqə saxlayan Elvindən 2 oktyabrda xəbər gəlir. Şəhid Elvin İsmayılov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Ruslan Yarmetov isə 1994-cü ilin iyunun 30-da şəhidlik zirvəsinə ucalıb.

Qeyd olunub ki, şəhidlərimizin, qazilərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Bununla da işğala son qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR