Şuşa modul xəstəxanası mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub

Şuşa modul xəstəxanası mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub
# 14 oktyabr 2021 16:23 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Şuşada yeni quraşdırılan modul tipli xəstəxananın şəraiti ilə tanış olub.
Agentlikdən APA-ya bildirilib ki, N.Bayramova bildirib ki, ölkə başçısının tapşırığına əsasən istifadəyə verilən Şuşa modul tipli xəstəxana ölkədə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır: “Xəstəxananın quraşdırılması tibbi xidmətləri əhali üçün əlçatan edir. Vətəndaşlar burada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana biləcəklər”.

Nərimanov Tibb Mərkəzinin rəhbəri, Şuşa modul tipli xəstəxanaya təhkim edilən Fazil Alməmmədov İdarə Heyəti sədrinin müavininə xəstəxanada görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub: "Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək. Xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar. Hazırda xəstəxanada 9 çarpayı yeri mövcuddur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR