Tarix İnstitutunun baş direktoru Kərim Şükürov koronavirusa yoluxub, vəziyyəti ağırdır

Kərim Şükürov

© APA | Kərim Şükürov

# 08 noyabr 2021 11:37 (UTC +04:00)

AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov koronavirusa yoluxub.

Bu barədə APA-ya Tarix İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, K. Şükurov hazırda Mərkəzi Gömrük Hospitalındadır. Onun vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu bildirilib.

K. Şükürovun ailəsindən APA-ya verilən xəbərə görə, o, bir həftə imiş evdə müalicə alırmış. Dünən axşam vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Tanınmış alimə birtərəfli pnevmoniya diaqnozu qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR