Tbilisi meri  Bakını gəzib

Tbilisi meri Bakını gəzib

© APA | Tbilisi meri Bakını gəzib

# 14 iyul 2021 16:01 (UTC +04:00)

Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya səfərə gəlib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, paytaxtımızı gəzən Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz olduğunu vurğulayaraq kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd ediblər. Onlar mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını qeyd ediblər.

İki gün ərzində qonaqlar Bakı şəhərinin bir sira görməli yerlərini gəzib, Heydər Əliyev Mərkəzində olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR