TDƏŞ Baş Prokurorları Şurasının növbəti iclası 2023-cü ildə İstanbulda keçiriləcək

TDƏŞ Dövlətləri Baş Prokurorlarının ilk iclasından sonra mətbuat konfransı

© APA | TDƏŞ Dövlətləri Baş Prokurorlarının ilk iclasından sonra mətbuat konfransı

# 01 noyabr 2021 14:52 (UTC +04:00)

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının yaradılması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi məqsədlərinə uyğundur”.

APA-nın məlumatına görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimov bildirib.

Mirvoxid Azimov deyib ki, zəruri məlumat, bilik və təcrübə mübadiləsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Bekir Şahin isə qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclası 2023-cü ildə İstanbulda keçiriləcək: “İnanırıq ki, həmkarlarımız həmin tədbirin təşkilindən razı qalacaqlar”.

Bekir Şahin nəzərə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası və Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlıq cinayətkarlığa qarşı effektiv mübarizədə mühüm rol oynayacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimov isə qeyd edib ki, Şurada müşahidəçi statusda olan Macarıstan Türk Şurasının bütün tədbirlərində aktiv iştirak edir: “Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti olacaq. Türkmənistan bu iclasda Türk Şurasına müşahidəçi statusda qoşulacaq. Ona görə də prokurorluq orqanları arasında əməkdaşlığın da effektiv olacağına inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR