TƏBİB-in departament müdiri: “TƏBİB-in tabeliyinə olan bütün müəssisələrdə infeksiyaya nəzarət komitələrinin yaradılmalıdır”

TƏBİB-in departament müdiri: “TƏBİB-in tabeliyinə olan bütün müəssisələrdə infeksiyaya nəzarət komitələrinin yaradılmalıdır”

© APA | Yaqut Qarayeva

# 30 iyul 2021 16:27 (UTC +04:00)

“Xəstəxanada infeksiyaya nəzarət proqramı üçün güclü mikrobiloji laboratoriya olmalıdır”.

APA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusunda proqramda bildirib.

Y. Qarayeva deyib ki, Qərbdə epidemioloqlar həkim deyil, daha çox biostatistika üzrə mütəxəssislərdir: “Bizim isə çox gözəl tibb təhsili almış epidemioloqlarımız var. İnfeksionist həkimlər diqqəti daha çox xəstələrə yönəldirlər. Hər bir xəstəxananın həkim-epidemioloqu olmalıdır. Mənim TƏBİB-ə gəlməkdə əsas məqsədim xəstəxanalarda infeksiyaya nəzarət proqrammı qurmaq idi. Mən bununla bağlı xaricdə təhsil almışam. Pandemiya bizə bu yöndə təkan verdi. Ancaq biz hazırda hələ ancaq COVİD-19-la mübarizə aparırıq. Biz 1 il ərzində nə edə bildik? TƏBİB-in xüsusi əmri oldu ki, TƏBİB-in tabeliyinə olan bütün müəssisələrdə infeksiyaya nəzarət komitələrinin yaradılmalıdır. Mütləq infeksiyaya nəzarət üzrə məsul şəxslərin təyin olunması əmr edildi. Bəlkə biz bu gün bir region xəstəxanasında bu işin başına bir həkim-epidemioloq, bir infeksionist qoya bilmirik, bu, resurs məsələsidir. Amma hər hansı bir həkimin bu işə məsul olduğunu deyə bilirik. ÜST-in 1 il ərzində infeksiyaya nəzarətlə bağlı təlimləri də oldu. Mütəxəssislərimiz Türkiyəyə getdilər və bu işi öyrəndilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR