TƏBİB: Randevu götürmədən vaksinasiyaya getmək problem yaradır

TƏBİB: Randevu götürmədən vaksinasiyaya getmək problem yaradır
# 20 avqust 2021 12:17 (UTC +04:00)

“Vətəndaşların randevu götürmədən tibb müəssisələrinə yaxınlaşması problem yaradır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bizim tibbi olaraq istədiyimiz vətəndaşların randevu götürərək gəlməsidir: “Amma təəssüf ki, bu tərəfdən vətəndaşlara basqı edə bilmərik. Vətəndaşlara tövsiyə edirik ki, öncədən randevu götürsünlər, tibb müəsisələrinə tövsiyəmiz odur ki, randevu götürən vətəndaşlara üstünlük versinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR