TƏBİB: Səyahət zamanı kütləvi yerlərdə maska ilə qorunmaq lazımdır

TƏBİB: Səyahət zamanı kütləvi yerlərdə maska ilə qorunmaq lazımdır
# 09 iyul 2021 16:18 (UTC +04:00)

“Tənəffüslə yoluxan bir çox xəstəliklərə yaxın təmasda olduqda yoluxmaq olar”. APA-nın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva “Səyahət sağlamlığı” mövzusunda çıxışında deyib.

O bildirib ki, səyahət zamanı kütləvi yerlərə gedərkən, orada bir çox ölkədən insanların olduğunu nəzərə alaraq maska ilə qorunmaq çox yaxşı haldır.

Y. Qarayeva qeyd edib ki, yayda uşaqlarla səyahət zamanı xüsusi mazlar və məlhəmlər götürmək lazımdır: “Bu zaman mazın iyi həşəratları bədəndən uzaqlaşdırır”,-deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR