TƏBİB: Son günlərdə yoluxmaların sayında kəskin artım var

TƏBİB-in departament müdiri Yaqut Qarayeva

© APA | TƏBİB-in departament müdiri Yaqut Qarayeva

# 26 iyul 2021 15:16 (UTC +04:00)

"Son günlərdə yoluxmaların sayında kəskin artım var".

APA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, iyunun sonunda yoluxma faizi 1 faizdən aşağı düşsə də, son gülər 5 faizə qədər artıb: "Bu, ciddi artımdır".

Y. Qarayeva bildirib ki, şəhər və rayonlar üzrə yoluxma sayı yenə də ən çox Bakıdadır, 54 faiz: "Paytaxtda isə ən çox yoluxma Binəqədidədir".

Onun sözlərinə görə, yanvarın 18-dən başlayaraq, ölkədə vaksinasiya davam edir, ümumilikdə vaksinasiya sayı 4 milyondur: "Vaksinasiya könüllülük əsasında aparılır. Səyyar olaraq Bakının bütün böyük müəssisələrində 62 min dozadan çox vaksinasiya aparılıb. Bu gün Azərbaycanda xəstəliyi keçirmiş şəxsə 6 aydan sonra istənilən vaksindən 1 doza ilə immun sertifikatı verilir. İki vaksin olunanlar da 6 aydan sonra revaksinasiya oluna bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR