TƏBİB uşaqlara “Pfizer” vaksini vurulmasının səbəbini açıqlayıb

TƏBİB uşaqlara “Pfizer” vaksini vurulmasının səbəbini açıqlayıb
# 07 oktyabr 2021 13:32 (UTC +04:00)

Səhiyyə Nazirliyi artıq Bakı Sağlamlıq Mərkəzində uşaqların könüllü xarakterli vaksinasiyasına başlayıb.

APA-nın məlumatına görə, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

O uşaqların “Pfizer” vaksini ilə peyvəndlənməsinin səbəbini açıqlayıb: “Bu yaş qruplarına bu vaksinin vurulması elmi sübutlarla təsdiq olunub. Ona görə də bu tədbir həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR