TƏBİB xəstəxanalarda infeksiyaya nəzarət komitələrinin hansı formada yaradılmalı olduğunu açıqlayıb

TƏBİB

© APA | TƏBİB

# 30 iyul 2021 17:36 (UTC +04:00)

“Bütün Qərb ölkələrində xəstəxanada çalışan personal vaksinasiya olunur və bu, bu gün COVİD 19-la əlaqəli deyil. Qərb ölkələrində xəstəxanada çalışanlar hər zaman vaksinasiya olunublar ”.

APA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusunda çıxışında bildirib.

Y. Qarayeva deyib ki, Qərb ölkələrində xəstəxanalarda personal Hepatit B, qrip, yəni hansı risk olarsa, o xəstəliyə qarşı vaksinasiya olunublar: “Bütün tibbi personal həm də izolyasiya qaydalarını bilməlidir ki, özünü qorusun. Personal fərdi qoruyucu vasitələrdən istifadə qaydalarını bilməlidir. Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının bir parçasıdır”.

TƏBİB-in departament müdiri qeyd edib ki, əgər hər hansı bir xəstəxana, tibb müəssisəsinin rəhbərliyi infeksiyaya nəzarət proqramını müəssisəsində qurmaq istəyirsə, ilkin olaraq mikrobioloji laboratoriya barədə düşünməlidir: “Bu, çox vacibdir. İnfeksiyaya nəzarət proqramının tətbiqi üçün həkim-epidemiloq çox vacibdir. Həkim-epidemioloqlar olmadığı halda həkim-mikrobioloqlar və ya həkim-infeksionistlər bu işə qoşula bilərlər. Ondan sonra proqramın tərtib olunmasında multi-distiplinar dediyimiz xəstəxananın bütün aparıcı mütəxəssisləri qoşularaq bir komitə yaradılmalı və proqram tərtib olunmalıdır. Mütləq olaraq o komitədə baş tibb bacısı, farmaseft, texniki cihazların təmiri ilə məşğul olan insan olmalıdır. Bizim ölkəmizdə infeksiyaya nəzarət komitəsinin başında xəstəxananın aparıcı administrativ qüvvəsi, ya baş həkimi, ya baş direktoru olmalıdır. Çünki infeksiyaya nəzarət komitəsində qəbul olunan qərarlar, proqramlar bəzən administrativ xarakter daşıyır. Bəzən cəzalandırma, qadağalar ola bilər. Karantin rejimi bir xəstəxanada hansısa şöbədə də tətbiq oluna bilər. Əgər xəstəxana rəhbərliyi bu qərarın yerinə yetirilməsində iştirak etməsə, qərar həyata keçməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR