Təcili yardım sürücülərinə peşəkarlıq və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək

Təcili yardım sürücülərinə peşəkarlıq və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək
# 13 iyul 2021 16:46 (UTC +04:00)

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək.

APA-nın məlumatına görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavə ödəniləcək.

Qeyd edək ki, avtomobil sürücülərinə ixtisas siniflərinin verilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın tələbləri rəhbər tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR