Tədris digər dillərdə aparılan birinci siniflərə məktəb seçiminə başlanılır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 19 iyun 2021 12:47 (UTC +04:00)

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR