Təhsil naziri: “Hər peşə üzrə ixtisasın olmasının tərəfdarı deyiləm”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 02 dekabr 2021 12:36 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev ali təhsil pilləsində ixtisasların azaldılıb-azaldılmayacağına münasibət bildirib.

APA-nın məlumatına görə, UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib ki, xüsusi ilə bakalavr pilləsində ixtisaslara bacarıq sahələri gətirilməlidir: “Bundan sonra ixtisasları azaltmaq olar”.

O deyib ki, hər peşə üzrə ixtisasın olmasının tərəfdarı deyil: "Get-gedə bacarıq hamıya lazım olacaq, bu, hər bir mütəxəssisə lazımdır. Bir ixtisas da həyat boyunca olmayacaq, kimsə istəsə, dəyişə biləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR