Təhsil naziri: “İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 08 dekabr 2021 11:12 (UTC +04:00)

"Erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük: "İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Bunları bir gün ərzində həll etmək olmur, bunlar uzunmüddətli dəyişimdir. Biz bunu dərhal başlamalıyıq ki, uzunmüddətli dövr artıq başlasın. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".

Nazir məşğulluq baxımından əsas məsələnin bacarıqların səviyyəsi olduğunu vurğulayıb: "Bacarıqların səviyyəsi nə qədər yüksək olsa, o zaman məşğulluğa müsbət mənada təsir göstərmiş olur. İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə inkişafı üçün ölkəmizin kifayət qədər təcrübəsi var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR