Təhsil naziri müəllimlərin işə qəbulu imtahanlarında yaranmış narazılıqlara münasibət bildirib

Təhsil naziri müəllimlərin işə qəbulu imtahanlarında yaranmış narazılıqlara münasibət bildirib

© APA | Təhsil naziri Emin Əmrullayev

# 24 iyul 2021 22:12 (UTC +04:00)

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq".

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

Nazir deyib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq: "Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR