Təhsil naziri: “Vakansiya sayı ilə yüksək bal toplamış şəxslər arasında qeyri-mütənasiblik çoxdur”

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 04 avqust 2021 18:06 (UTC +04:00)

Müəllimlərin İşə Qəbul müsabiqəsinin imtahan mərhələsini 17 fənndən 2 dildə keçiririk.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, hər bir imtahanların məqsədi olur. MİQ imtahanının məqsədi vakansiyaların yerinə uyğun müəllimlərin işlə təmin olunmasıdır: “İmtahanlarda daha çox 21-30 bal toplanır. Builki imtahan nəticəsində 2 reallıq görürük. Bir reallııq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə, digər reallıq riyaziyyat və ingilis dili fənni üzrədir. İbtidai sinif müəllimliyi üzrə 329, Azərbaycan dili və ədəbiyyat üzrə 227 vakant yer ayrılıb. İbtidai sinif üzrə 1000 nəfərdən çox 50-55 bal toplayıb, 3920 nəfər 41-60 bal toplayıb”.

Nazir deyib ki, vakansiya sayı ilə yüksək bal toplamış şəxslər arasında qeyri-mütənasiblik çoxdur. Onun sözlərinə görə, bu qrupda olan insanlar suallara daha asan cavab verib.

E. Əmrullayevin sözlərinə görə, riyaziyyat fənnində 378 vakant yer, ingilis dilində vakant yerlərin saı 478-dir: “Onlar imtahanların çətinliyindən narazıdır və haqlıdılar. Bu, qətiyyən həmin müəllimlərin hazırlıqsızlığından irəli gəlmir. Riyaziyyaydan 44 bal toplayan müəllim Azərbaycan dili və ədəbiyyatdan 56 bal toplayandan zəif deyil. Amma imtahanlar ədalətsiz olmayıb. Riyaziyyatda 41-60 bal yığmış şəslərin sayı 441, ingilis dilində 284 nəfər olub”.

Təhsil naziri bildirb ki, kimyada 705 vakansiya var, 41-60 bal toplayanların sayı 1264 nəfərdir: “Tarixdə 81 nəfər 56-60 bal toplayıb, 41-60 bal toplayan 1 264 nəfərdir, 151 nəfər vakansiya yeri var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR