Təhsil naziri: "Yaxın gələcəkdə müəllimlərin sertifikasiyası keçiriləcək"

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 07 sentyabr 2021 15:11 (UTC +04:00)

“Müəllimlərin sertifikasiyası müəyyən qaydalarla tənzimlənir”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bunun mahiyyəti çox sadədir: “Müəllimlərin daim inkişafda olmasını, keyfiyyətli təhsil verməsini istəyirik. Məqsəd kimisə işdən azad etmək deyil. Ümid edirəm ki, qarşıdakı aylarda pandemik şərait sertifikasiyaya imkan yaradacaq. Yaxın gələcəkdə sertifikasiyanı keçirməyi planlaşdırırq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR