Təhsil Nazirliyi peşə məktəbləri və kolleclərə daxil ola bilməyən şagirdlərə müraciət edib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 22 noyabr 2021 14:41 (UTC +04:00)

Peşə və orta ixtisas məktəblərinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu 30.11.2021-ci il tarixdə saat 18:00-da yekunlaşacaq.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, qəbul şagirdlərin elektron yerdəyişməsi portal (sy.edu.az) vasitəsilə elektron qaydada aparılır və prosesə 10.11.2021-ci il tarixdən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR