Təhsil Nazirliyi valideynlərə müraciət edib

Təhsil Nazirliyi valideynlərə müraciət edib
# 07 sentyabr 2021 14:45 (UTC +04:00)

"Dərs vaxtı təhsil işçisinin və şagirdin hərarəti qalxsa, məktəblərdə xüsusi otaqlar hazırlanıb. O şəxs dərhal izolyasiya otağına yerləşdirilir".

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, əgər hansısa məktəbdə yoluxma varsa, Gigiyena və Epidemiologiya mərkəzinə və məktəb rəhbərliyinə məlumat verilir: "Mərkəz tərəfindən araşdırma aparıldıqdan sonra qərar verilir ki, sinif, yoxsa məktəb bağlanır".

R.Ağayev valideynlərə müraciət edib: "Məktəbdə prosesi qururuq, amma bəzən olur ki, məktəb qarşısında sıxlıq olur. Valideynlərdən xahiş edirik, sosial məsafəni qorusunlar. Ötən il valideynlər iltizam forması doldurmusdu. Bəzi vaxtlarda Covid olan valideynlər uşaqlarını məktəbə göndərirdilər. Bununla bağlı valideynləri məsuliyyətli olmağa çağırıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR