Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub

Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli

© APA | Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli

# 09 iyun 2021 18:31 (UTC +04:00)

Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

Bunu APA-ya açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O deyib ki, Həsən Həsənli Nazirliyin yeni aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

H.Həsənli daha öncə Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrini icra edib. 2020-ci ilin iyul ayından başlayaraq əmək fəaliyyətini Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində davam etdirib.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR