Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq

Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq

© APA | Təhsil naziri Emin Əmrullayev

# 18 iyun 2021 11:29 (UTC +04:00)

Təhsil Tələbə Krediti Fondu növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini həyata keçirəcək.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Fərmandan gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, bu qaydalar növbəti bir ay ərzində hazırlanıb Nazirlər Kabinetinə veriləcək və təsdiq ediləcək: “Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstərici olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca digər tələbələrin oxuma şansı da olacaq. Gələcəkdə Fondun maliyyəsi daha da artırıla bilər. Uzunmüddətli kredit olacaq, tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR