Təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiqlənib - ƏMR

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 08 sentyabr 2021 19:09 (UTC +04:00)

Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiq edilib.

APA-nın xəbərinə görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilib.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR