Terror hadisəsi ilə əlaqədar əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib

Terror hadisəsi ilə əlaqədar əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib
# 17 noyabr 2021 14:39 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarında əlilliyin qiymətləndirilməsi qaydaları dəyişib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib.

Beləliklə, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR