Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub - FOTO - VİDEO

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub  - FOTO  - VİDEO
# 26 sentyabr 2021 11:12 (UTC +04:00)

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub.

APA-nın yerli bürosu xəbər verir ki, rayonun Şıxarx kəndində keçirilən mərasimdə yüzə yaxın şəhid ailəsi, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib.

Layihə rəhbəri, sosial fəal Emin Tarverdiyev jurnalistlərə açıqlamasında ümumi sahəsi 3 hektar olan parkda hər şəhidin xatirəsinə bir ağac əkiləcəyini, burada dəmir yumruq və Xarı bülbül heykəlinin ucaldılacağını bildirib.

Tərtər rayon icra hakimiyyətinin dəstəyi ilə inşa edilən Xatirə parkının açılışı zəfər günü keçiriləcək.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR