Texniki Universitetin baş müəllimi vəfat edib

Elxan Məmmədov

© APA | Elxan Məmmədov

# 08 oktyabr 2021 18:43 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Elxan Məmmədov vəfat edib.

Universitetdən APA-ya verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

Elxan Məmmədov 1987-ci ildən 1991-ci ilə kimi AzTU-nun Elmi-tədqiqat şöbəsində mühəndis, sonra isə böyük mühəndis vəzifəsində işləyib.
1993-cü ildən AzTU-nun müxtəlif kafedralarında baş müəllim kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR