Təyyar Eyvazov: "Bu il qripə yoluxma halları artıb"

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 17 noyabr 2021 15:10 (UTC +04:00)

“Hazırda payız-qış mövsümü ilə əlaqədar respirator infeksiyaların artdığı dövrdür”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 " mövzusunda çıxışında deyib. O bildirib ki, bu zaman bir sıra kəskin virus infeksiyaları ola bilər: “Bu aylarda həmin infeksiyalar daha aktivləşir. Ötən il qripə yoluxma hallarına daha az rast gəlindi. Çünki karantinlə əlaqədar təmaslar az idi. Bu il təmaslar artdığına görə say da artıb. Bu xəstəliklərin səviyyəsi əvvəlki illərlə müqayisədə heç də çox deyil”.

T. Eyvazov qeyd edib ki, qızdırması olan, özündə müəyyən əlamətlər hiss edən şəxslər həkimə müraciət etməlidir: “İnsanlar yüngül respirator infeksiya olduğunu düşünüb işə, dərsə getdikdə virus infeksiyasını yayırlar. Belə hallarda izolyasiya olunub, həkimə müraciət edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR