Tibb müəssisələrində həkim məsləhət komissiyası üzvlərinə aylıq 200 manat həvəsləndirici əlavə ödəniləcək

Tibb müəssisələrində həkim məsləhət komissiyası üzvlərinə aylıq 200 manat həvəsləndirici əlavə ödəniləcək
# 13 iyul 2021 16:41 (UTC +04:00)

Tibb müəssisələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavə ödəniləcək.

APA-nın məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik 1 aprel 2021-ci ildən qüvvəyə minmiş hesab olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR