Tikinti obyektlərinin qiymətləndirilməsi üçün resurs metodu tətbiq ediləcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 29 may 2021 10:22 (UTC +04:00)

Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, qəbul edilmiş Qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanmışdır:

- Tikintidə üstəlik xərclərin normativləri;

- Tikintidə smeta gəlirinin normativlərı;

- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;

- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;

- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;

- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;

- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;

- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR