TN: Magistratura səviyyəsində yekun attestasiya həmişəki qaydada keçiriləcək

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 07 iyun 2021 16:51 (UTC +04:00)

“Həm AMEA, həm Təhsil Nazirliyi sistemində magistratura səviyyəsində yekun attestasiya imtahanında heç bir dəyişiklik yoxdur, həmişəki qaydada keçiriləcək”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişikliklə bağlı qərarı barədə məlumat verən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, bu qərar orta ixtisas və qismən ali məktəblərin bakalavr səviyyəsinə şamil ediləcək: “Keçən il də buna bənzər qərar olmuşdu. Tələbələrin pandemiya şəraitindən əziyyət çəkdiklərinə görə yekun dövlət attestasiyalarını həyata keçirə bilsinlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar var, buna görə qiymətləndirilmənin aparılması mütləqdir. Bu ixtisaslarda yekun biliyin qiymətləndirilməsi daha çox bacarıq vərdişləri, fərdi qabiliyyətləri əsasında aparılır. Ona görə də burada qiymətləndirilmənin aparılması ənənəvi, standart qaydada aparılacaq. Bu qərar yalnız oktyabrın 1-nə qədər qüvvədədir. Ümid edirik ki, COVİD-dən azad olacağıq və ənənəvi təhsilə geri qayıtdıqdan sonra qiymətləndirmələr əvvəlki qaydada olacaq, indiki müvəqqəti qərardır. Bəzi ixtisaslar istisna olmaqla, yekun dövlət attestasiyası ya dövlət imtahanı, ya buraxılış işi ilə olur. Qəbul edilən qərara görə, tələbələrin biliyi ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) əsasında qiymətləndiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR