TN: Orta ixtisas təhsil pilləsi üzrə bütün təhsil proqramları yenilənib

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli

© APA | Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli

# 17 sentyabr 2021 11:00 (UTC +04:00)

“2021-2022-ci tədris ilində orta ixtisas təhsil pilləsi üzrə 142, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə 148 ixtisas üzrə yeni təhsil proqramları yenilənib”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, yeni tədris ili üçün ümumilikdə orta ixtisas təhsil pilləsi üzrə bütün təhsil proqramları yenilənib: "Yeni tədris ilindən yeni layihəyə də başlamışıq, bu, “SABAH” magistratura proqramıdır. Bununla bağlı 7 universitetdə 7 yeni ixtisas yaradılıb, bunun üçün xaricdən də müəllimlər dəvət olunub. Bu ixtisaslarda oxuyanların 2 ildən sonra tan əksəriyyətinin yaxşı xarici dil bilgilərinin olması nəzərdə tutulub. Yeni tədris ili üçün SABAH magistraturası üçün 540 dövlət sifarişli yer verilib".

Şöbə müdiri deyib ki, təhsil müəssisələrinin optimallaşdırılması nəticəsində 9 kollec yenidən qurulub, onlardan 8-i universitetlərin nəzdinə verilib: "Eyni zamanda, pandemiya dövründə Gəncə Dövlət Universitetinin 3, Bakı Dövlət Universitetinin 1 yataqxana binası, Azərbaycan Dövlət İqtisadi Universitetinin isə 1 tədris binası istifadəyə verilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR