TN: Pandemiyaya görə övladını məktəbə göndərməyən valideynlərlə bağlı qərarda dəyişiklik olacaq

Rüstəm Ağayev

© APA | Rüstəm Ağayev

# 07 sentyabr 2021 15:32 (UTC +04:00)

"Evdə koronavirus xəstəsi olan valideyn iltizam məktubu yazaraq övladını məktəbə göndərməyə bilər".

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev brifinqdə deyib.

O bildirib ki, qərar ötən il olduğu kimi yeni tədris ilində də keçərlidir: "Lakin pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam məktubu yazması məsələsinə baxılacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR