TN: Vaksinasiyaya ümumilikdə 137 min təhsil işçisi cəlb olunub

TN: Vaksinasiyaya ümumilikdə 137 min təhsil işçisi cəlb olunub
# 24 avqust 2021 12:15 (UTC +04:00)

“Hər iki doza üzrə vaksinasiya prosesində Qazax, Yardımlı, Astara, Neftçala, Gəncə, Zərdab rayon təhsil şöbələri liderdir”.

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, vaksinasiyaya ümumilikdə 137 min adam cəlb olunub: “Bunlar hər iki doza vurdurub. Birinci doza vurduran təhsil işçiləri 162 min nəfərdir. Ali təhsil üzrə 33 min heyət sayından hər iki dozanı 16 min adam, birinci dozanı 20 min adam vurdurub. Peşə təhsili üzrə isə 4400 adam peyvənd olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR