TN: Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunacaq - YENİLƏNİB

TN: Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunacaq - YENİLƏNİB
# 22 sentyabr 2021 17:12 (UTC +04:00)

Təhsil Nazirliyi xüsumi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan müəllimlərin tədrisə cəlb olunub-olunmayacağına aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaşı 65-dən yuxarı olan təhsilverənlərin daimi işə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələrin onların iş vaxtına daxil edilməsi və əməkhaqqının saxlanılması ilə bağlı bənd (4.2.3.) ləğv edilib.

***

10:52

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR