Tovuzda avtomobildən 19 kq narkotik aşkarlanıb

Tovuzda avtomobildən 19 kq narkotik aşkarlanıb
# 20 sentyabr 2021 12:49 (UTC +04:00)

Tovuzda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 17-də saat 14 radələrində Hunanlar kəndi ərazisində kənd sakini, barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi olan, əvvəllər məhkum olunmuş C.Əliyevin idarə etdiyi “VAZ-2108” markalı avtomobilə saxla işarəsi verilib.

Lakin sürücü hərəkəti davam etdirərək maneəyə vurub.

Avtomobilə baxış zamanı oradan 19,1 kiloqram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR